“Neftçi” üçün “Dinamo”, Rumıniya yığması və Bundesliqa klubu
14.01.2012 - 11:36
"Neftçi"nin əvəzedicilərindən ibarət komandası qış fasiləsi zamanı Türkiyədə təlim-məşq toplanışı keçəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, çempionatın liderinin Antalyada hazırlıq prosesi yanvarın 19-dan fevralın 3-dək baş tutacaq.
Əvəzedicilər Antalyada 3 yoxlama matçı keçirəcək. Artıq rəqiblər də müəyyənləşib. Elşad Əhmədovun baş məşqçisi olduğu komanda yanvarın 25-də Moskva "Dinamo"sunun əvəzediciləri, 28-də isə Rumıniyanın U-21-i ilə görüşəcək. "Neftçi" sonuncu yoxlama oyununu fevralın 2-də keçirəcək. Həmin gün rəqib Almaniyanın 3-cü Bundesliqa klublarından biri olacaq.

- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0