Yığmamızın futbolçusu Superliqada qol vurdu
16.01.2012 - 09:57
Yığmamızın futbolçusu Superliqada qol vurdu
Azərbaycan milli komandasının (U-21) futbolçusu Cihan Özkara Türkiyə Superliqassında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, milliləşən futbolçumuz “Sivasspor”un “Ankaragücü” ilə ev oyununda meydana çıxıb. Komanda yoldaşını 61-ci dəqiqədə əvəzləyən Cihan cəmi 6 dəqiqə sonra hesabı 3:0-a çatdırıb. Sivaslılar elkə bu hesabla da qalib gəliblər. Özkaranın oyunu Türkiyə mətbuatı tərəfindən 6 ilə qitymətləndirilib.