AFFA-dan qadın futbolçularla bağlı videoçarx
16.01.2012 - 10:49
AFFA-dan qadın futbolçularla bağlı videoçarx
V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçiriləcək Özbəkistan – Ukrayna və Türkiyə – Azərbaycan oyunu affatv.az saytında canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, Türkiyə – Azərbaycan oyununun fasiləsində affatv.az-da qadın futbolunun təbliği məqsədilə AFFA-nın sifarişinə əsasən 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvlərinin iştirakı ilə çəkilmiş videoçarx nümayiş olunacaq.

Qeyd edək ki, Özbəkistan – Ukrayna oyunu saat 13:00-da, Türkiyə – Azərbaycan qarşılaşması isə saat 15:00-da başlayacaq.