Ramiz Məmmədov dünyanın 36-cı müdafiəçisidir
16.01.2012 - 11:27
Ramiz Məmmədov dünyanın 36-cı müdafiəçisidir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar müdafiəçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2012-ci ilə qədər milli çempionatların güclülər dəstəsində 50 və daha çox qol vuran arxa xətt oyunçularının siyahısında 83 futbolçu yer alıb.

Cədvələ hesabında 193 qol olan hollandiyalı Ronald Kuman başçılıq edir. Argentinalı Daniel Passarella 134, ispaniyalı Fernando Yero 110 qolla ilk 3-lükdə yer alıblar. Argentinalı Eqardo Bauza və almaniyalı Paul Braytner də 100 qol həddini aşıblar – müvafiq olaraq 108 və 103 qol.

Siyahıdakı yeganə təmsilçimiz Ramiz Məmmədovun hesabında isə 285 oyuna 64 qol var. O, sonuncu dəfə 6 ay ıəvvəl açıqlanan siyahıdakı mövqeyindən 2 addım geriləyərək 36-cı pilləyə düşüb.

Qeyd edək ki. Məmmədov keçmiş SSRİ məkanından İFFHS-in cədvəlinə düşən yeganə müdafiəçidir.