Baş məşqçisiz 22 futbolçu ilə
16.01.2012 - 11:35
Artıq Türkiyədə olan “Bakı”, “Neftçi” və “İnter”in ardınca “Qarabağ” da hazırlıq keçəcəyi Antalyaya çatıb. Apasport.az saytının məlumatına görə, Bakı – İstanbul - Antalya reysiylə hərəkət edən komanda Türkiyədədir. Axşam saat 7 radələrində məskunlaşdığı “Arcadia Limak” otelinə çatan Ağdam təmsilçisi günü məşqsiz keçirib.
Təlim-məşq toplanışına 22 futbolçuyla gələn komandanın baş məşqçisi Qurban Qurbanov sabah düşərgəyə gələcək. İspaniya “Barselona”nın düşərgəsindən bu gün Bakıya dönən çalışdırıcı bərpa prosesi keçən Rəşad Sadıqovla birgə Antalyaya sabah gələcək.
Bu gün isə “Qarabağ” 2 məşq keçəcək. Günün ilk çalışması yerli vaxtla 11:00-a nəzərdə tutulub.

0
0