Lukas Podolski: “Azərbaycan çempionatı da mənə maraqlıdır”
16.01.2012 - 11:40
Lukas Podolski: “Azərbaycan çempionatı da mənə maraqlıdır”
“Mən beynəlxalq futbolu diqqətlə izləyirəm. Əslində hər bir çempionatda 2-3 klub var ki, titul və ya Çempionlar Liqası uğrunda mübarizə aparırlar. Hətta Makedoniya və ya Azərbaycanda da. Ona görə də prinsipcə, istənilən liqa mənə maraqlıdır”.

Lent.az-ın məlumatına görə, bu fikirləri Almaniya milli komandasının və “Köln” klubunun futbolçusu Lukas Podolski bir neçə əcnəbi klubun onunla maraqlanması barədə xəbərləri “Bild”ə şərh edərkən deyib.

27 yaşlı hücumçunun fikrincə, hər bir variantın müsbət və mənfi tərəfləri var. Lakin Podolski hazırda Almaniyadan getməyə o qədər də can atmadığını vurğulayıb.

Qeyd edək ki, Lukas Podolski 2009-cu ildən “Köln”də oynayır.