“Volqa” fanatı Cavadov haqda: Sürətlidir, texnikalıdır, amma fərasətsizdir
16.01.2012 - 12:30
“Volqa” fanatı Cavadov haqda: Sürətlidir, texnikalıdır, amma fərasətsizdir
Azərbaycan milli komandasının sabiq futbolçusu Vaqif Cavadovun məxsus olduğu Rusiya “Volqa”sının əsas heyətindən kənarlaşdırılmasına klubun azarkeşləri biganə qalmayıblar. Apasport.az-ın məlumatına görə, Nijni-Novqorod təmsilçisinin rəsmi internet saytının forumuna daxil olan fanatlar 20 yaşlı hücumçumuzla bağlı maraqlı fikirlər səsləndiriblər. Ən maraqlı şərhlər bizim də diqqətimizdən kənar qalmadı.

* Axı o, futbolu sevən, oynamaq istəyi olan perspektivli futbolçudur. Beləsini satanda da elə etmək lazımdır ki nəsə qazanasan.

* Komandaya artıq yükdür.

* Bir neçə il əvvəlki Rusiya – Azərbaycan oyununu xatırlasaq Vaqif artıq yük deyil, əsl tapıntıdır. Ümuumiyyətlə o, öz yığmasında bəzi oyunları heç də pis oynamayıb.

* “Volqa”dakı oyunlarını xatırlasaq isə Vaqif artıq yükdür.

* Cavadova vaxt vermək lazımdır.

* Vaqif artıq yükdürsə mən də feyxoayam. Amma belə deyil axı.

* Sürətlidir, texnikalıdır, amma fərasətsizdir – nə zərbə vuracaq, nə də ötürmə verəcək.

* Kim-kim amma Cavadovun zərbə endirməklə bağlı çatışmamazlığı yoxdur.