“Neftçi” rəhbərliyi əcnəbilərlə görüşəcək
16.01.2012 - 13:23
“Neftçi” rəhbərliyi əcnəbilərlə görüşəcək
Türkiyənin Antalya şəhərində keçiriləcək Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turniri ilə bağlı yığıncaq baş tutacaq. Apasport.az saytının məlumatına görə, yanvar ayının 26-da turnirdə iştirak edəcək klubların rəhbərləri "Kalista" otelində bir araya gələcək. Bundan 1 gün sonra yarışın püşkatma mərasimi təşkil olunacaq.

Turnirdə iştirak edəcək 8 komanda - "Neftçi" (Bakı, Azərbaycan), "Paxtakor" (Daşkənd, Özbəkistan), Poloniya (Varşava, Polşa), "Metallist" (Xarkov, Ukrayna), "Rapid" (Buxarest, Rumıniya), "Bilis" (Albaniya), "Ordabaşı" (Qazaxıstan), Terek (Qroznı, Rusiya) nümayəndələri bir araya gələcək.

Qeyd edək ki, təşkilatçılığını "Terek"futbol klubu və Türkiyənin "Enda Tour" şirkətinin həyata keçirdiyi turnir yanvarın 28-də start götürəcək və fevralın 3-dək davam edəcək. İlk mərhələdə 8 komanda hərəsində 4 klub olmaqla 2 yarımqrupa bölünəcək. Qrup qalibləri fevralın 3-də "Mardan" stadionunda keçiriləcək final oyununda üz-üzə gələcək.