Millimiz “Dalğa Arena”da
16.01.2012 - 13:28
Millimiz “Dalğa Arena”da
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi növbəti oyunun baş tutacağı stadion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimizin oyunu AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da olacaq. Bernard Lippertin yetirmələri fevralın 29-da «Dalğa Arena»da İslandiya komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, oyunun başlanma vaxtı hələ dəqiqləşməyib.

Mənbə: affa.az