Lukas Podolski ilə maraqlanan Azərbaycan klubu məlum oldu
16.01.2012 - 14:15
Lukas Podolski ilə maraqlanan Azərbaycan klubu məlum oldu
Almaniya milli komandasının futbolçusu Lukas Podolskiyə maarq göstərən Azərbaycan klubunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, hətta Azərbaycan və Makedoniya klublarının da maraq dairəsində olduğunu bildirən hücumçunun sözləri Almaniyada araşdırmalara səbəb olub. Belə ki. bu ölkədən olan həmkarlarımız Podolskinin bəhs etdiyi klubların izinə düşüb.

Alman jurnalistlərin qənaətinə əsasən Lukas Azərbaycanda Bakının “İnter” klubunun maraq dairəsində olub. Həmkarlarımızın iddiasına əsasən Kaxaber Sxadadze vaxtilə futbolçu kimi oynadığı və indi də yaşadığı ölkədən oyunçu gətoirmək istəyində olub.

Qeyd edək ki, almaniyalılar Makedoniya təmsilçisi kimi Skopye “Metallurq”unun adını çəkir.