Bakıdan 100 faizlik nəticə ilə
16.01.2012 - 14:54
Bakıdan 100 faizlik nəticə ilə
Ukrayna millisi V Bakı Beynəlxalq Futzal Turnirinin qalibi adını 100 faizli nəticə ilə qazanıb. Apasport.az saytının məlumatına görə, II turda Azərbaycan yığmasını məğlub etməklə qalib adını təmin edən ukraynalılar bu gün keçirilən oyunda Özbəkistanı 2:1 hesabı ilə məğlub edib. Bununla da 3 oyuna 9 xal qazanan Gennadi Lısençukun yetirmələri yarışı xal itkisi olmadan başa vurublar.

Qeyd edək ki, turnirin qalibi ilk oyunda Türkiyə yığmasını 5:1, ikinci turda isə Azərbaycan millisini 3:2 hesabı ilə məğlub etmişdi.