Araz Abdullayevin məyus etdiyi klubda partlayış
16.01.2012 - 15:15
Araz Abdullayevin məyus etdiyi klubda partlayış
Yunanıstanın “Panatinaikos” klubunun fanklubunun Afinadakı ofisinin yaxınlığında partlayış olub. Apasport.az saytının məlumatına görə, paytaxtın Peristeri rayonundakı partlayışda zərərçəkən olmayıb. Lakin binanın şüşələri qırıq-qırıq olub. Üstəlik yaxınlıqdakı 2 mağaza da dağılıb. Hadisənin azarkeş qruplaşmaları arasında qalmaqlala bağlı olduğu ehtimal olunur.

Qeyd edək ki, “Panatinaikos” ötən həftə Yunanıstan kubokunun 1/8 finalında Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios”a uduzaraq mübarizəni dayandırmışdı.