Rosasla Rusiçin transferə çıxarılmasının səbəbi açıqlandı
16.01.2012 - 15:32
Hücumçu Deyan Rusiçi və yarımmüdafiəçi Mario Rosasın "Xəzər Lənkəran" klubundan ayrılmasının səbəbi məlum olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hər 2 legionerin transferə çıxarılmasını komandanın baş məşqçisi Cüneyt Biçər istəyib. Türkiyəli mütəxəssis həm ispaniyalı Rosasın, həm də sloveniyalı Rusiçin hazırki səviyyəsinin onu qane etmədiyini əsas gətirib. Bu səbəbdən komanda bu gün Antalya toplanışına 2 futbolçusuz gedib.
0
0