AFFA talismana ad axtarır, apasport.az-ın təklifi qüvvədə qalır
16.01.2012 - 15:47
AFFA talismana ad axtarır, apasport.az-ın təklifi qüvvədə qalır
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi talismanı üçün ad axtarışı müsabiqəsi davam etdirilir. Apasport.az saytının məlumatına görə, məqsəd əhalinin qarşıdan gələn FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində keçirilən tədbirlərdə iştirakını dəstəkləməkdir. Müsabiqə 15 fevral, 2012-ci ilə qədər davam etdiriləcək və qalibə Yerli Təşkilat Komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim ediləcək. Təkliflərinizi [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. Aşağıda bütün qaydalar və təlimatlarla daha ətraflı tanış ola bilərsiniz:

* Müsabiqə bütün Azərbaycan vətəndaşlarına açıqdır.
* Təkliflər “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012/rəsmi talismanına ad müsabiqəsi” başlığı altında yollanmalıdır.
* Bu müsabiqə Yerli Təşkilat Komitəsinin (YTK) əməkdaşları, müqavilə əsasında çalışan işçilər və bu və ya digər şəkildə YTK-ya və ya müsabiqənin təşkilatçılarına aidiyyatı olan şəxslərə, onların ailə üzvlərinə açıq deyil.
* Təkliflər qarşıdan gələn FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə əlaqəli olmalıdır.
* Təkliflər milli-mənəvi dəyərlərə uyğun olmalıdır.
* Təkliflər təkraredilməz və orijinal olmalıdır.
* Təkliflər çox tanınmış və ya məşhur adlar olmamalıdır.
* Bir şəxs tərəfindən bir və ya bir neçə təklif qeydə alına bilər.
* İştirakçılar aşağıdakı məlumatları daxil etməlidirlər: ad, soyad, yaş, əlaqə vasitələri (telefon nömrəsi, ünvan).
* 18 yaşdan aşağı iştirakçılar qeydləri təqdim edərkən valideynlərindən və ya təyin olunmuş qəyyumlardan icazə almalıdırlar. Hər an valideynlər və ya təyin olunmuş qəyyumlardan icazə sənədi tələb oluna bilər .
* Bu müsabiqəyə daxil olmaqla siz həm YTK və/və ya FIFA-nın, həm də üçüncü tərəfin sizin göndərdiyiniz qeydlərə bənzər qeydləri tərtib edə bilməsi ehtimalını qəbul edirsiniz. Siz YTK və/və ya FIFA-nın sizin hüquqlarınızı heç bir şəkildə pozmadan rəsmi talismanın adı və ya təbliğat anlayışı tərtib edə bilməsini də qəbul edirsiniz. Siz həmçinin, YTK və/və ya FIFA-nın sizin qeydlərinizin əsas qismini təqlid etmədən tamamilə və ya bir qismini inkişaf etdirə bilmə və onlardan istifadə etmə hüququna malik olduğunu da qəbul edirsiniz.
* Təkliflər YTK və/və ya FIFA-nın mülkiyyəti olub, müvafiq tərəfdaşlar tərəfindən təbliğat və reklam kampaniyalarında istifadə oluna bilər.
* YTK və/və ya FIFA öz mülahizələrinə uyğun olaraq təkliflərdən imtina etmə hüququnu qoruyur.
* Müsabiqənin nəticələri FIFA tərəfindən qiymətləndiriləcək.
* Əgər sizin daxil etdiyiniz qeydlər qaliblər arasındadırsa (yəni birinci yerin sahibi və ya həvəsləndirici mükafata layiq görülübsə), siz razısınız və qəbul edirsiniz ki, YTK və/ və ya FIFA qismən və ya tamamilə sizin qeydlərinizə əsaslanmaqla onu yenidən istehsal edə bilər və tamamilə və ya qismən YTK və/və ya FIFA-nın internet səhifəsi və/ və ya bu kimi digər təbliğat materialında istifadə edə bilər.
* YTK və/və ya FIFA heç bir şəkildə gec yollanılmış təkliflərlə bağlı məsuliyyət daşımır. Təklifi göndərmiş olmanız hələ onun ünvana çatmasına dəlalət etmir.
* Münasib olmayan və ya saxta qeydlərə görə məsuliyyət qəbul edilmir.
* İdarə ediləbilməyən vəziyyətlərdə və YTK-nın fikrincə buna ehtiyac olduqda hər hansı mərhələdə YTK müsabiqəni ləğv etmək hüququna malikdir.
* Müsabiqəyə daxil olarkən qeyd olunan qaydaları qəbul etmiş olmaqla siz onlara riayət etmək və müvafiq olaraq, öhdəlikləri öz üzərinizə götürürsünüz.
* Bu qaydalar İsveçrə qanunları ilə tənzimlənir.

Qeyd edək ki, apasport.az saytı ilk gündən və hamıdan birinci olaraq talismanın Tıq-Tıq xanım adlandırılmasını təklif edib, eyni zamanda təklifini quruma təqdim edib.

Mənbə: affa.az