“Avropa çempionatı ərəfəsində qalib olmağımız əhval-ruhiyyəmizi yüksəltdi”
16.01.2012 - 16:57
“Ardıcıl 3 qələbə qazanaraq turnirin qalibi olduq. Özbəkistan yığması ilə oyun çətin keçdi”. Apasport.az saytının məlumatına görə, bunu Bakı Beynəlxalq Futzal Turnirində Özbəkistan milli komandasına 2:1 hesabı ilə qalib gələn Ukrayna yığmasının baş məşqçisi Qennadi Lisençuk deyib.
Onun komandası hələ yarışın başa çatmasına 1 tur qalmış çempionluğa yiyələnsə də, asiyalılara aman verməyib. Lisençukun sözlərinə görə, birinci olmaları yerinə düşüb: “Düşünürəm ki, düzgün oynayaraq layiqli qələbə qazandıq. Avropa çempionatı ərəfəsində turnirin qalibi olmağımız əhval-ruhiyyəmizi yüksəltdi. Turnirin təşkilatçılığı və hakimlik yüksək səviyyədə idi”.
Qeyd edək ki, Azərbaycan futzalçıları kimi Ukrayna millisi də Avropa çempionatının final mərhələsində çıxış edəcək.

0
0