“Neftçi” yarımfinala darmadağınla çıxdı
16.01.2012 - 17:03
"Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Dəri top" turnirində ardıcıl üçüncü qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Araz Qulamovun rəhbərlik etdiyi U-14 Belarusun "Muxavets" klubuna 4:0 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Yarımfinal oyunları sabah keçiriləcək.
Qeyd edək ki, "Neftçi" bundan əvvəlki oyunlarda Latviyanın paytaxtı Riqanın "Şitika" futbol məktəbinin komandasını 7:2, Qazaxıstanın "Merke" klubunu isə 3:0 hesabı ilə məğlub etmişdi. Yarışa yanvarın 19-da yekun vurulacaq.

0
0