“Müdafiə olunarkən qol vurmağı da düşünmək lazımdır”
16.01.2012 - 18:42
“Güclü komandaların iştirakı ilə çox gözəl, maraqlı turnir keçdi. Azarkeşlər həyəcanlı oyunların şahidi oldular”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Ömer Kaner deyib.
O, V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Türkiyə – Azərbaycan oyunundan (2:2) sonra qarşılaşma haqda fikirlərini açıqlayıb: “Avropa çempionatının final mərhələsindən əvvəl komandalar zəif cəhətlərini görmək imkanı əldə etdilər. Son iki oyunda müdafiədəki oyunumuz məni artıqlaması ilə qane etdi. Düzdür, müdafiə olunarkən qol vurmağı da düşünmək lazımdır. Yaratdığımız imkanlardan istifadə edə bilmədik”.

0
0