“Onda adamın başı da işləmir”
16.01.2012 - 19:18
“Turniri çox zəif keçirdik. Başqa nəticə gözləyirdik, amma hazırkı mənzərə ilə qarşılaşdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan yığma komandasının üzvü Vitali Borisov deyib.
Bu gün başa çatan sayca V beynəlxalq turnirdə yığmamız ikinci pilləni tutub. İlk oyunda Özbəkistanı 3:2 hesabı ilə yenən millimiz bazar günü Ukrayna ilə bacarmayıb. Turnir çərçivəsində keçirilən son oyunda Türkiyə ilə üz-üzə gələn komandamız meydanı 2:2 hesablı heç-heçə ilə tərk edib.
Təbii ki, arxada qalan dörd turnirin qalibi olan yığmamızın bu dəfə ikinci yerlə kifayətlənməsi bir mənalı qarşılana bilməz. Komandanın liderlərindən olan və ötən ilin ən yaxşı futzalçısı seçilən Borisov ilklərlə yadda qalan turnir olduğunu vurğulayıb: “Bəli, ilk dəfə idi kubok Bakıdan kənara çıxırdı. Başqa ilklər də oldu. İlk dəfə idi Ukraynaya yenilirdik, Türkiyə ilə heç-heçə edirdik”.
Komandanın çıxışında əsas problem kimi fiziki hazırlığı qabardan təcrübəli futzalçı gec məşq etmələrinin də həlledici amil olduğunu deyib: “Komanda gec yığıldı. Fiziki planda çatdırmadıq. Futzalda fiziki hazırlıq vacibdir. Ayaqlar tam açılmayanda istədiyini edə bilmirsən. Onda adamın başı da işləmir. Vaxtımız var, fikirləşəcəyik”.

0
0