Arif Əsədov: Onları özümə rəqib görmürəm
17.01.2012 - 00:03
“Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi
- “Neftçi”dən ayrıldıqdan bir müddət sonra demişdiniz ki, dekabrın sonu - bu ilin yanvarınadək karyeranızda yenilik olacaq. Vaxt yetişdi, bəs yeniliklərdən nə xəbər var?
- Əlbəttə, bu müəyyən mənada məndən asılı məsələ deyil. İşləmək üçün mütləq qarşı tərəf də olmalıdır. Əgər təzə xəbər yoxdursa, deməli, sakitlikdir.
- Deməli, xidmətinizdə maraqlı olan qarşı tərəf yoxdur...
- Yanvar ayını ona görə demişdim ki, məhz bu vaxt çempionatda fasilə yaranacaq, ola bilsin ki, komandalarla danışığa gedəcəyəm. Amma görünən odur ki, ilk “altılıq”da olan komandalar hələ dəyişikliyə ehtiyac görmürlər Ümumiyyətlə, sizə bir söz deyim. Məndən bu barədə çox soruşurlar. Vallah özümə də pis təsir edir.
- İstefadan sonra futbol ictimaiyyətinin, azarkeşlərin, mətbuatın sizə münasibəti necədir?
- Hər şey qaydasındadır. Azarkeşlər, işimizə qiymət verən mətbuat nümayəndələri də bizi yaddan çıxarmırlar. Bu qədər. Hər halda, mən hər kəsin fikrinə hörmətlə yanaşıram.
- Artıq milli komandanın məşqçilər korpusunda rəsmi gediş olub. Baş katib Elxan Məmmədov köməkçi məşqçi Vəli Qasımova yalnız bir komandada işləyəcəyini deyib. Onun yerini tutmağa namizədlərdən biri də sizsiniz...
- Mən müxtəlif komandalarda işlədiyim dönəmdə çalışmışam ki, hər kəsin rəğbətini qazanım. Adımın milli komandaya namizədlər arasında çəkilməsi mənim üçün qürurvericidir. Amma bu məsələdə hər şeydən önəmli baş məşqçi Berti Foqtsun fikridir....
- Amma tək namizəd siz deyilsiniz. Nazim Süleymanov və Ramiz Məmmədov da var...
- Mən onları rəqib gözü ilə görmürəm. Hər birimiz Azərbaycan futbolunun inkişafı üçün çalışan adamlarıq. Bayaqkı məsələyə bir də qayıdıram ki, əsas məsələ Foqtsun nə düşünməsidir. Foqts elə bir adam seçməlidir ki, ona güvənsin. Mən də baş məşqçi olduğuma görə, köməkçi məşqçinin nə demək olduğunu, Foqtsun nə düşündüyünü bilirəm.
- Hər halda, digər 2 mütəxəssislə müqayisədə sizi namizədliyiniz daha real görünür. Foqts xüsusilə sizin işlərinizi vurğulayıb. Ondan sonra AFFA rəhbərliyi ilə hər hansı bir görüşünüz olubmu?
- Açığı, Foqtsla mənim heç vaxt problemim olmayıb. O ki, qaldı görüş məsələsinə. Bəli, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmüşəm. Amma əsas müzakirə mövzusu bu olmayıb. Başqa bir məsələ ətrafında danışmışıq ki, bu barədə geniş məlumat vermək istəmirəm.
- Vaxtilə demişdiniz ki, mən ikinci “altılıq”da yer alan klublarda işləmərəm, iddiası olan bir komandanın baş məşqçisi olacağam. Bu mənada, milli komandanın köməkçisi olmaq geriyə atılmış addım deyil?
- Mənə elə gəlir ki, komanda mövqeyindən asılı olmayaraq, nəyəsə iddia etməlidir. Əgər mən milli komandanın məşqçilər korpusunda yer alsam, o zaman böyük təcrübəyə malik, Avropa və dünya çempionu olmuş bir tanınmış mütəxəssislə işləyəcəyəm. Bu mənada, bunu geriyə atılmış addım saymıram. Həmişə demişəm ki, bir məşqçi yaşından, vaxtdan asılı olmayaraq, hər zaman öyrənməlidir. Milli komandada işləmək isə bir başqa şərəfdir.
- Vaxtilə U-19 yığmasında işlədiyinizi nəzərə alsaq, bunu məntiqi ardıcıllıq kimi də qələmə vermək olar?
- U-19-da çoxdan işləmişəm. Yəni milli komanda sahəsində də təcrübəm var. Komanda mənim rəhbərliyim altında ilk dəfə mərhələ adlayıb, sonra Bernard Lippertin rəhbərliyi altında bunu bacarıb. Həmin vaxt millinin heyətində yer alan futbolçuların çoxu indi iddialı klublarda çıxış edir.
- “Neftçi”nin əvəzedici və əsas komandası ilə çempion olan yeganə məşqçisiniz. Ümumiyyətlə, hansı arzunuz ürəyinizdə qaldı və getdiniz?
- Mən “Neftçi”dən niyə getdim? Avrokuboklarda uğur qazana bilmədiyimiz səbəbindən. İstərdim ki, başqa hər hansı bir komanda ilə bu səddi də keçim. Amma bu yaşda fəaliyyətimin uğurlu alındığını düşünürəm. Əvəzedici komanda ilə mənimlə birgə çempionluq yaşayan futbolçuların bir qismi əsas heyətdə möhkəmlənib, analoji uğura imza atdılar. Amit Quluzadə və Araz Abdullayev isə artıq ölkə xaricində çıxış edirlər.
- Amit artıq bir müddətdir ki, oynayır. Araz isə Yunanıstana təzə gedib. Vaxtilə legioner həyatı yaşamış şəxs kimi onun gələcəyini necə görürsünüz?
- Araz indi elə mərhələdədir ki, dayanmamalıdır. O, inkişaf üçün düzgün yol seçib və axıra qədər getməlidir. Çox yaxşı texnikaya və sürətə malikdir.
- Bəs onda hansı çatışmayan cəhətlər var?
- Araz bir qədər fərdi oyuna üstünlük verir. Bunu bir kənara qoyub, komanda oyununa üstünlük versə, daha yaxşı olar. Xüsusən də, legioner həyatı yaşayarkən, bu, vacibdir.

0
0