“Azərbaycan yığması çox güclü rəqibdir”
17.01.2012 - 00:00
Türkiyə yığmasının futzalçısı Altan Aksoyun apasport.az saytına müsahibəsi
- Öncə V Bakı Beynəlxalq Futzal Turniri ilə bağlı fikirlərinizi bildirərdiniz...
- Bildiyiniz kimi, Türkiyədə futzalın yaşı elə də çox deyil. 5-6 il əvvəl ölkəmizdə bu idman növünü əsası qoyuldu. Təbii ki, bizim üçün bu cür oyunlarda iştirak etmək, belə güclü rəqiblərlə qarşılaşmaq xeyrimizədir. Bu turnirdə rəqibimiz olan həm Ukrayna, həm də Azərbaycan Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış ölkələrdir. Azərbaycan yığması çox güclü rəqibdir. Hər görüş bizim üçün təcrübədir.
- Amma Türkiyə yığması heç də yaxşı mənada yadda qalmadı. Bunun səbəbi nə ilə bağlıdır?
- Bizdə futzal hələ həvəskar səviyyədədir. Rəqiblərimizdən olan Ukraynada, Azərbaycanda bu sahədə peşəkar klublar var və daxili çempionat keçirilir. Ancaq Türkiyə millisinin ildən ilə inkişaf etdiyini deyə bilərəm. Bu turnir Avropa çempionatı öncəsi bizim üçün son sınaq oldu.
- Neçə ildir futzal oynayırsınız?
- Bir ildir. Bundan əvvəl isə 16 il böyük futbol oynamışam. Karyeramı bitirdikdən sonra futzal üzrə baş məşqçimiz Ömər Kaner tərəfindən milliyə dəvət edildim. Əslində, 36 yaşım olmasına baxmayaraq, futzal oynamağı yeni-yeni öyrənirəm. Futboldan çox fərqlidir. Dinamiklik, topa vuruş və s. öyrəşmək lazımdır.
- Karyeranız ərzində hansı klubların formasını geyinmisiniz?
- “Göztəpə”də başladım, ardınca “İstanbulspor”, “Adanaspor”, “Kocaelispor”, “Konyaspor”, “Qalatasaray”, “Rizəspor”, “Mersin İdman Yurdu”, “Eyyupspor”, “Giresunspor” klublarının formasını geyinmişəm. Bundan başqa, müxtəlif illərdə Türkiyənin U-18, U-21 və əsas yığmasının üzvü olmuşam.
- Bu qədər klub dəyişmisiniz. Hansı komandadakı çıxışını uğurlu hesab edirsiniz?
- 6 il “Adanaspor”un formasını geyindim. Onun 2-3 ili çox uğurlu alındı. Komanda həmin vaxtlar Superliqada mübarizə aparırdı. Aşağı dəstədə isə 2 dəfə çempionluq sevinci yaşadıq. “Konyaspor”da keçirdiyim 2 ildən də razı qaldım. “Qalatasaray”da qısa müddət ərzində çıxış etsəm də, unuda bilməyəcəyim anlar yaşadım. Mövsüm sonunda komanda ilə birgə çempionluq sevinci yaşadıq. Yaxşı komandamız var idi.
- Həmin vaxt “Qalatasaray”ın baş məşqçisi kim idi?
- Erik Gerets.
- Bəs İstanbul təmsilçisində qısamüddətli çıxışınızın səbəbi nə idi?
- Komandaya gec qoşulmuşdum. 29 yaşımda bu komandaya keçdim. Ancaq gənc yaşlarımda “Beşiktaş” və “Fənərbaxça”dan da dəvətlər almışdım. Lakin həmin vaxt formasını geyindiyim klublar məni buraxmamışdılar. “Qalatasaray”a gec getdim, hadisələrin axarı mənim üçün yaxşı olmadığına görə, 1 ildən sonra ayrıldım. Amma yaxşı təcrübə topladım.
- “Qalatasaray”da oynadığınız zaman həqiqətən də böyük kluba transfer olunduğunu hiss edirdinizmi?
- Bunu hiss etməmək mümkün deyildi. Düzdür, həmin vaxtlar maddi cəhətdən müəyyən sıxıntılar var idi. Hər şeyə rəğmən, böyük klubun oyunçusu olduğunu hər addımda yaşayırdın.
- Türkiyə yığmasında 1 oyunda forma geyinmisiniz. Bəs millidə möhkəmlənməməyinizə səbəbi nə idi?
- Əslində, Türkiyədə məni izləyən insanlar əsas yığmada oynamalı olduğumu deyirdilər. Ancaq mən bunu deyə bilməzdim. Baş məşqçinin seçiminə hörmətlə yanaşdım. Şans veriləndə də ən yaxşısını reallaşdırmağa çalışdım. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, Türkiyəyə xidmət etməkdən qürur duydum. Qeyd etdiyiniz kimi, cəmi bir oyunda – 1998-ci ildə İsraillə keçirilən matçda meydanda oldum.
- Futzalla futbolu müqayisə etdikdə, əsas çətinlik kimi nəyi vurğulamaq istərdiniz?
- Futzalda temp çox yüksəkdir. Oyunçu çox yorulur. Bir-birimizə yaxın oynayırıq. Ancaq böyük futbolda oyun zamanı bəzən dincəlməyə, yorğunluğunu nisbətən almağa vaxt tapırsan. Burda isə bu mümkün deyil. Buna görə də tez-tez dəyişilməli olursan. Çünki bir oyunçu meydanda çox qaldıqda, daha çox yorulur və faydalı ola bilmir.
- Türkiyə yığması futzalda yeni olsa da, artıq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qitə birinciliyindən nə gözləyirsiniz?
- 4-5 ildir futzal oynayırıq. Avropa çempionatının final mərhələsinə qatılmaq bizim üçün də sürpriz oldu. Elə turnirdəki rəqiblərimizdən ikisi də orada olacaqlar. Onlarla oynayaraq təcrübəmizi artıracağıq.
- Böyük futbolda oynayan zaman insan daha çox diqqət mərkəzində olurdu. Bu gün futzalçıların kölgədə qalması sizi narahat etmir?
- Heç vaxt medianın diqqətini cəlb etmək, gündəmdə olmaq üçün çalışmamışam. Əsas istəyim diqqətimi futbola, oyunuma yönəltməkdən ibarət olub.
- Ən çox xatırladığın matç hansıdır?
- “Rizəspor”da oynayan vaxt “Trabzonspor”la qarşılaşırdıq. Bu matç bizim üçün çox vacib idi. Həm də Qara dəniz derbisində uduzmaq istəmirdik. Oyunun 53-cü dəqiqəsində qol vurduq və qələbə qazandıq. 53 rəqəmi həm də Rizənin avtomobil nömrələrinin başlanğıc rəqəmləridir.

0
0