“Xəzər Lənkəran”ı istəyirdi, AZAL-da qaldı
17.01.2012 - 00:01
AZAL klubunun kapitanı Aqil Nəbiyev qərarını verib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi qarşıdakı 6 ayı da “təyyarəçilər”in heyətində keçirəcək.
Artıq uzun müddətdir ki, AZAL-da çıxış edən və kapitan sarğısını daşıyan Aqil karyerasında dəyişiklik etmək istəyirdi. Belə ki, futbolçu “Bakı” və ya “Xəzər Lənkəran”a keçmək istəsə də, bu arzusu reallaşmayıb.
Aqil dəvət aldığını təsdiqləsə də, getməməyə üstünlük verdiyini deyib: “Düşünürəm ki, hazırkı vəziyyətdə indiki komandamda qalmaq ən yaxşı variantdır. Hadisələrin necə inkişaf edəcəyini isə inşallah zaman göstərəcək”.
Qeyd edək ki, kapitanını komandada saxlayan AZAL Tural Nərimanov və Şəhriyar Rəhimovu da heyətinə cəlb edib.

0
0