Debütant yenə planlarını dəyişdi
17.01.2012 - 00:07
Debütant yenə planlarını dəyişdi
Elitanın debütantı “Rəvan” klubu yenə planlarını dəyişib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu hazırlıq məkanını yenə dəyişib.

Baş məşqçi Vladislav Qədirov Antalya variantından imtina etdikdən sonra Mingəçevirdə hazırlıq keçməyə qərar vermişdi. Amma bundan da imtina olunub.

Belə ki, “Rəvan” qış hazırlığını Salyanda keçəcək. Olimpiya kompleksində məskunlaşacaq komanda elə məşqlərini də bu arenada edəcək.