Avropada 21-ci
17.01.2012 - 09:52
2011/12 mövsümünün ilk 8 aylıq Fair Play reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-ya 53 üzv ölkənin yer aldığı cədvəldə Azərbaycan 21-ci pillədə qərarlaşıb. Komandalarımızın son yarım ildə keçirdiyi 37 beynəlxalq oyuna əsasən reytinqimiz 7,906-ya bərabərdir. Portuqaliya (24-cü yer), İtaliya (25-ci yer), Xorvatiya (26-cı yer) və Rusiya (27-ci yer) kimi ölkələr də Azərbaycandan geri qalır.
Siyahıya isə az qala ənənəvi olaraq şimallılar başçılıq edir. 68 oyun keçirən Norveç təmsilçiləri 8,367, hesabında 53 matç olan Finlandiya 8,282 xala malikdir. Daha çox – 83 oyun keçirən Hollandiya komandaları isə ölkələrinin reytinqinə 8,173 xal qazandırıb.
Qeyd edək ki, 2011-ci ilin may-dekabr aylarını əhatə edən siyahı yığma və klub səviyyəsində baş tutan 1599 oyuna əsasən tərtib olunub. Mövsümün yekun cədvəli isə aprelin 30-dək olan qarşılaşmaları özündə əks etdirəcək.

0
0