Yığma hazırlığa başlayır
17.01.2012 - 10:06
Yanvarın 23-dən 26-a qədər Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, yığmamız məşqlərini AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirəcək. Baş məşqçi Təbriz Həsənov hələlik toplanışa dəvət olunmuş futbolçuların siyahısını tam müəyyənləşdirməyib.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0