FİFA-nın apasport.az-ın təklifinə münasibəti AFFA-nı təəssüfləndirdi
17.01.2012 - 11:34
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Talismanına ad seçilməsi prosesi davam edir. Bu məsələyə həssas yanaşıb. ən fəallardan olan apasport.az saytı hələ 2010-cu ilin dekabrın 10-da AFFA-ya öz təklifini vermişdi.
Saytımızın ölkədə sevilən personajlardan biri olan Tıq-Tıq xanımın namizədliyini verməsi Azərbaycan futbol ictimaiyyəti tərəfindən də müsbət qarşılanmışdı. Təsadüfi deyil ki, artıq bu şən talisman müəyyən dairələrdə cizgi filminin qəhrəmanı kimi Tıq-Tıq xanım çağırılır. Elə AFFA-nın özü də ilk gündən bu ada münasibətinin müsbət olduğunu göstərmiş və bunu açıqlamışdı da.
Bunun nəticəsidir ki, adlar arasında favorit olan Tıq-Tıq xanım təklifi AFFA tərəfindən artıq FIFA-ya təqdim edilib. Bu və müraciətin nəticəsi FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsindən apasport.az saytına daxil olan məktubda da əks olunub: “Tıq-Tıq xanım təklifi artıq FIFA-ya təqdim edilib. Sadəcə olaraq, FIFA-nın qaydalarına uyğun gəlmədiyi üçün təəssüflər olsun ki, qəbul edilməyib. Rəsmi Talismanın adı daha öncə heç bir yerdə istifadə edilməməlidir və yeni bir ad olmalıdır. Həmin ad isə milli nağıl qəhrəmanı olduğu üçün qeydiyyata alına bilmədi”.

0
0