AFFA könüllüləri axtarır
17.01.2012 - 13:41
AFFA Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı üçün könülüllərin axtarışına başlayıb. Apasport.az saytının məlumatına görə, hər bir FIFA çempionatı kimi, Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatını da könüllülərin iştirakı olmadan təşkil etmək mümkünsüzdür. Onların məqsədyönlülüyü, yardımsevərliyi və dostcanlılığı dünyanın dörd bir tərəfindən gəlmiş azarkeşlərin yaddaşına müsbət və unudulmaz xatirələr həkk edəcək və çempionatı daha da rəngləndirəcək. Planlara əsasən, çempionata yerli və xarici olmaqla 1000-ə yaxın könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülər yalnız oyun günləri dəstək üçün yox, həmçinin stadionda və onun ətrafında hərarətli bir dostluq mühiti yaratmaq üçün Yerli Təşkilat Komitəsinə köməklik göstərə bilərlər.
Qeyd edək ki, könüllülük proqramının bir sıra özəllikləri vardır. Belə ki, könüllülər komandası yaş, din, cins və milli mənsubiyyətə fərq qoymadan formalaşdırılacaqdır. Beynəlxalq könüllülər komandasına üzv olmaq üçün 18 yaşın tamam olması, Azərbaycan və ingilis dili bacarığının olması ilkin şərtlərdəndir.
Hər bir könüllü bir neçə üstünlüklərə sahib olacaq:
- Könüllülər üçün xüsusi hazırlanmış uniforma
- Xidmət günlərində qida və içkilər
- FIFA və Yerli Təşkilat Komitəsi tərəfindən təşkil ediləcək peşəkar təlimlər
- Xidmət günlərində ictimai nəqliyyatdan ödənişsiz istifadə
- FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin beynəlxalq könüllülük sertifikatı
- Könüllülər üçün təşkil edilmiş müxtəlif tədbirlərdə iştirak
- Könüllü komandası ilə birlikdə ölkədaxili səfərlər və könüllülər üçün xüsusi hazırlanmış digər əyləncəli tədbirlərdə iştirak
Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər bir şəxs linkə keçid edərək daha ətraflı məlumat əldə edə bilər və qeydiyyat formasını doldurub [email protected] e-mail ünvanına “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012/Könüllülük” başlığı altında yollaya bilərlər. Məlumat üçün onu da qeyd edək ki, çempionatda könüllü kimi iştirak edəcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün ali təhsil müəssisələrində, QHT-lər, səfirliklərdə, şirkətlərdə və bu kimi digər qurumlarda bu aydan başlayaraq mütəmadi təqdimatlar keçiriləcək.
Mənbə: affa.az

0
0