“Qalatasaray” indi də “Barselona”nın futbolçusuna göz dikib
17.01.2012 - 16:15
“Qalatasaray” indi də “Barselona”nın futbolçusuna göz dikib
Qış transfer pəncərəsində adı bir neçə ulduzla yanaşı hallanan Türkiyənin “Qalatasaray” indi də yeni sevdaya düşüb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi İspaniya “Barselona”sından oyunçu transfer etmək istəyir. Bu, Belarus yığmasının futbolçusu Aleksandr Qlebdir.

Almaniyanın “Ştutqart” və İngiltərənin “Arsenal” klublarındakı çıxışı ilə “Barselona” rəhbərliyinin diqqətini cəlb edərək 2008-ci ildə İspaniyaya transfer olunan hücumçu Pireney yarımadasında uğursuzluğa düçar olub. Belə ki, 3,5 illik Kataloniya karyerasında 3 müxtəlif kluba icarəyə verilən Qleb əvvəlki oyununu göstərə bilmir. Bu üzdən “Barselona” sonuncu dəfə Almaniya “Volfsburq”una verdiyi belarusludan birdəfəlik yaxasını qurtarmağın əleyhinə deyil.