“Meydana qələbə üçün çıxacağıq”
17.01.2012 - 15:54
“Meydana qələbə üçün çıxacağıq”
"Belə oyunlar hazırlıq səviyyəmizi yoxlamaq üçün vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Ruslan Abışov deyib.

O, Türkiyənin Antalya şəhərində hazırlıq keçən komandasının bu gün Almaniya “Dinamo”su (Drezden) ilə keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb: “Artıq 1 həftədir ki, mütəmadi olaraq məşq edirik. Məncə özümüzü oyunda sınamağın vaxtıdır. "Drezden"lə matç yoldaşlıq oyunu olsa da, meydana qələbə üçün çıxacağıq".