Alman klubu hakimlərimizdən imtina etdi
17.01.2012 - 16:27
Antalyada təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün ilk yoxlama matçına çıxacaq. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın Almaniyanın II Bundesliqa təmsilçisi Drezden “Dinamo”su ilə görüşünü həmyerlimiz Anar Salmanovun başçılıq etdiyi hakimlər briqadasının idarə etməsi planlaşdırılmışdı.
Amma hazırda Antalyada hazırlıq keçən hakimlərimizin bu görüşü idarə etmək arzusu reallaşmaya bilər. Əldə etdiyimiz xəbərə görə, almanlar qarşılaşmada neytral ölkədən hakimlərinin fit çalmasını tələb ediblər.

0
0