Slavço Georgiyevski qələbə arzusundadır
17.01.2012 - 16:45
Slavço Georgiyevski qələbə arzusundadır
“Hazırlıqlarımızı yüksək səviyyədə davam etdiririk. Bu gün gücümüzü Almaniyanın “Dinamo” klubu ilə oyunda sınayacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Slavço Georgiyevski deyib.

Makedoniyalı yarımmüdafiəçi Antalyada hazırlıq keçən “ağ-qaralar”ın bu gün Drezden “Dinamo”su ilə baş tutacaq oyunu barədə fikirlərini açıqlayıb. O klubun rəsmi saytına bildirib ki, meydana qələbə üçün çıxacaqlar: “Düşünürəm ki, maraqlı qarşılaşma olacaq. Gözəl oyun nümayiş etdirib, qalib gəlmək niyyətindəyik”.