Adamiya ağır yük altında - FOTOSESSİYA
17.01.2012 - 17:06
Adamiya ağır yük altında - FOTOSESSİYA
“Qarabağ” Antalyada hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qonşu ölkədə olduğu 3-cü gündə Ağdam təmsilçisi proqrama uyğun tək məşqlə kifayətlənib.

Komanda günə fitnes salonunda başlayıb. Yerli vaxtla səhər 10:00-da trenajor zalına gedən “Qarabağ” təxminən 1 saat fiziki təmrinlər yerinə yetirib. Klubun fiziki məşqçisi Çudomir Çakarovun təlimatları ilə öncə müəyyən isinmə hərəkətləri edən futbolçular ardınca dayanıqlılıq çalışması üzərində işləyiblər. Sonda isə trenajor alətlərində müəyyən hərəkətlər yerinə yetirilib.

Komanda 11:00-da meydançaya çıxıb. Bu dəfə ki çalışma da fiziki hazırlığa yönəlib. Yüngül qaçışın ardından 15 dəqiqə “kvadrat” oynayan futbolçular müəyyən maneələri aşmaqla təmrinlər yerinə yetiriblər.

Bununla da günün tək çalışması başa çatıb. Komandanın sabaha 2 məşqi nəzərdə tutulub.