Səhər texniki, axşam taktiki - FOTOSESSİYA
17.01.2012 - 17:55
Səhər texniki, axşam taktiki - FOTOSESSİYA
“Xəzər Lənkəran” artıq iki gündür ki, Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Spice Hotel & Spa oteli”ndə məskunlaşaraq təlim məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda daxilində yüksək əhval-ruhiyyə hökm sürür və futbolçular səhər texniki, axşam isə taktiki planda məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirirlər.

Qeyd edək ki, toplanış çərçivəsində 5 yoxlama oyunu planlaşdıran “Xəzər Lənkəran” ilk yoxlama oyununu yanvar ayının 21-də Türkmənistan yığmasına qarşı kecirəcək.