Böyükağa Hacıyev məğlubiyyətə şərh verdi
17.01.2012 - 21:01
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Drezden “Dinamo”su ilə keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın çalışdırıcısı II Bundesliqa təmsilçisinə məğlubiyyətə (0:1) belə şərh verib: “Rəqib Almaniyanın ən köklü klublarından biridir. Oyun bərabər səviyyədə keçdi. Görüş heç-heçə başa çatsa idi, daha ədalətli olardı. Ümumilikdə, komandadan razı qaldım. Bəzi oyunçular öz üzərlərində işləməlidirlər. İkinci hissədə heyəti demək olar ki, bütünlüklə dəyişdim. Bu gün meydana çıxan Emin Mehdiyev, Kənan Manaflı, Elnur Soltanlının oyunu ümidvericidir. İnanıram ki, yaxın gələcəkdə onlar "Neftçi"nin əsas heyətində möhkəmlənəcəklər”.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0