Ruslan Abışov: Heç-heçəyə layiq idik
18.01.2012 - 00:01
“Neftçi” klubunun futbolçusu Ruslan Abışov Drezden “Dinamo”su ilə oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, müdafiəçi 0:1 hesabı ilə uduzduqları görüşün ağır keçdiyini bildirib: “Hazırlıq mərhələsində ilk oyunumuzu keçirdik. Qarşılaşma gərgin alındı. Bir neçə epizodda qol vura bilərdik. Oyuna baxanda demək olar ki, ən azından heç-heçəyə layiq idik. Qarşıda digər yoxlama oyunlarımız olacaq. Çalışacağıq ki, gözəl oyunla yanaşı, nəticə də əldə edək".
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0