“Tofiq Bəhramov”da çirkli işlər görülür
18.01.2012 - 00:00
“İşlər davam edir. Hər şey yüksək səviyyədədir”. Bu sözləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
Sentyabrın sonlarından təmirə bağlanan ölkənin ən böyük arenasında işlər qrafikə uyğun davam etdirilir. Artıq söküntü işlərinin yekunlaşdığı məkanda beton tökmə və bərkitmə işləri görülür. Arenanın direktoru stadionun üstünün örtülməsi işlərinə də başladıqlarını qeyd edib: “Hələlik çirkli işlər görülür. Materiallar gətirilib. Stadionun üstünün bağlanmasına başlanıb. Koreyadan gələcək 200 nəfər Bakıya çatdıqdan sonra işlər sürətləndiriləcək. Onların yanvarın 20-dək gələcəkləri gözlənilir”.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Təbii ki, bununla bağlı cari ildə müxtəlif idman tədbirlərinin, yarışların keçiriləcəyi dəqiqdir. Bəs ölkənin baş arenasının üzərinə hansı yük düşür?
İsmayılov bu haqda konkret nəsə deyə bilməyəcəyini vurğulayıb: “Stadionda yenidənqurma işləri başa çatdıqdan sonra bu haqda düşünəcəyik. İşlərin nə vaxt yekunlaşacağını isə bilmirik. 2-3 aydan sonra müəyyən məlumat verə bilərik. İndi isə konkret nəsə demək çətindir”.

0
0