“Xəzər Lənkəran” məşq edir, Vobayla Mureşan hardadı?
18.01.2012 - 00:07
“Xəzər Lənkəran” məşq edir, Vobayla Mureşan hardadı?
Antalyada hazırlıqlara başlayan “Xəzər Lənkəran” klubu 2 legionerin xidmətindən yararlana bilmir. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisinin syerra-leoneli yarımmüdafiəçisi Julius Vobayla rumıniyalı müdafiəçi Andrey Mureşan toplanışa qatılmayıb.

Bununla belə, Mureşanın yaxın 2 gündə komandanın düşərgəsinə qoşulacağı bildirilir. Amma ondan fərqli, Vobayın Antalya toplanışına qatılmayacağı istisna deyil. Buna səbəb kimi, onun Türkiyəyə viza almaq problemi ilə üzləşməsi bildirilir.