İqor Mitreski gəncləri təriflədi
18.01.2012 - 00:13
İqor Mitreski gəncləri təriflədi
"Neftçi" klubunun futbolçusu İqor Mitreski Almaniyanın II Bundesliqa təmsilçisi olan Drezden “Dinamo”su ilə oyun barədə fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, makedoniyalı legioner 0:1 hesabla uduzduqları görüşün bərabər səviyyədə keçdiyini bildirib: “Təlim-məşq toplanışında ilk oyun həmişə çətin olur. Rəqibimiz olan "Dinamo" da güclü komandadır. Qarşılaşma bərabər səviyyədə keçdi. 1 qol oyunun taleyini həll etdi. İkinci hissədə baş məşqçimiz gənclərə şans verdi. Məncə, onlar özlərini yaxşı tərəfdən göstərə bildilər. İnanıram ki, yaxın gələcəkdə bu futbolçular "Neftçi"nin əsas heyətinin üzvlərinə çevriləcəklər”.