Türkiyəlilər darmadağın oldu, növbədə “Zenit”dir
18.01.2012 - 09:26
Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası ilk yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Antalya Kunduspor”la qarşılaşan komanda rəqibini meydançaya çıxmağa peşman edib.
Daha üstün oyun nümayiş etdirən “Qəbələ” Antalya təmsilçisinin qapısından 7 cavabsız top keçirib. U-17-nin heyətində Fərid Hacıyev (3), Coşqun Süleymanov (2), Əsgər Nəbiyev və İbrahim Aslanlı fərqləniblər.
Famil Xəlilovun yetirmələrinin növbəti yoxlama matçında yanvarın 20-də Rusiya “Zenit”inin 18 yaşa qədər futbolçulardan ibarət komandası ilə qarşılaşması planlaşdırılır.

0
0