Barselonada fantastik əzmkarlıq
18.01.2012 - 09:35
İspaniya kubokunun 1/4 final mərhələsi maraqlı hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, aşağı dəstə təmsilçisi “Miranda”nı qəbul edən “Espanyol” fantastik əzmkarlıq göstərib. Belə ki, Barselona təmsilçisi oyunun 85-ci dəqiqəsinə kimi hesabda 0:2 geri olsa da final fitindən 5 dəqiqə əvvəl “yuxudan ayılıb”. “Espanyol” 5 dəqiqəyə 3 qol vurmaqla super əzmkarlıq göstərib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu yanvarın 24-də baş tutacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu yanvarın 24-də baş tutacaq.
0
0