Nihat Kahveçi karyerasını bitirdi
18.01.2012 - 10:26
Türkiyə futbolunun tanınmış simalarından olan Nihat Kahveçi karyerasını bitirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, son vaxtlar çıxış etdiyi İstanbul “Beşiktaş”ından qovulduqdan sonra özünə komanda tapa bilməyən 33 yaşlı hücumçu birdəfəlik getməyi məqsədəuyğun sayıb.
1997-ci ildə heyətində peyda olduğu “Beşiktaş”da tanınan Nihat 2002-06-cı illərdə İspaniya Primerasında “Real Sosyedad”ın şərəfini qoruyub. Həmin İllərdə Darko Kovaçeviçlə fövqəlcütlük təşkil edən türkiyəli Primeranın ən yaxşı bombardiri tituluna da yaxın olub. O, 2002/03 mövsümündə yalnız braziliyalı Ronaldodan geri qalıb. Komandası ilə də gümüş medal qazanan futbolçu 5 ildən sonra da İspaniya çempionatının 2-cisi olub.
2006-09-cü illəri əhatə edən “Vilyarreal” karyerası o qədər uğurlu alınmayan futbolçu 3 il əvvəl vətənə qayıdıb. Yenidən “Beşiktaş”da peyda olan futbolçu artıq əvvəlki kimi yaxşı təsir bağışlamamaqla yanaşı heç heyətə düşməyi də bacarmırdı.
2000-ci ildən çıxış etdiyi milli komandada 65 oyuna 19 qol vuran Nihat 3 bürünc medal qazanmağı bacarıb. 2002-ci ildə dünya çempionatı, 2003-cü ildə Konfederasiyalar kuboku, 2008-ci ildə Avropa çempionatında 3-cü olan Türkiyə yığmasının son uğurunda məhz Nihatın böyük əməyi var. O, ¼ finalın Çexiya ilə oyununda hesab 1:2 olarkən 2 dəfə fərqlənməklə komandasını 1/2 finala daşımışdı.

0
0