Azərbaycan milli çempionatında çıxış edən qapıçıları geri salan Faiz
18.01.2012 - 11:20
Azərbaycan milli çempionatında çıxış edən qapıçıları geri salan Faiz
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) öz ölkələrinin yüksək liqalarında ən uzun “quru seriya”ya malik olan qapıçılarının növbəti siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə noyabrda açıqlanan cədvəldə 2 yeni ad peyda olub. Özü də 660 dəqiqə həddini keçən əlcək sahiblərinin siyahısı bu dəfə artaraq, 468-ə yüksəlib.

Siyahıdakı dəyişikliklər Azərbaycan milli çempionatında siyahıya düşən qapıçılarımızdan bir çoxlarına təsir edib. Özü də onların hamısı 1 pillə geriləyib. Düzdür, ən yaxşı göstərici müəllifləri olan Nizami Sadıqov, Xalidu Sissoko, Camaləddin Əliyev, Pavel Doroşev, Elxan Həsənov, Dmitri Kramarenko bu dəfə də yerlərində qalıb. Ancaq Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun qapıçısı Faiz Hüseyn Əl-Sobeanın 763 dəqiqə “quru seriya” ilə siyahıya daxil olub, 222-ci pillədə yer almağı ondan aşağıdan olan azərbaycanlı həmkarlarını geri salıb. Nəticədə Rauf Mehdiyevin 2, Elşən Poladov, Nadir Şükürov, belaruslu Aleksandr Martyoşkin, Kamran Ağayev, Cəmaləddin Əliyevin 1 göstəricisi geriləyib.



İlk “onluq”

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi” (“Vasko da Qama”, Braziliya) – 1816 dəqiqə
2. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
3. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
4. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
5. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
6. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
7. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
8. Samir Səid (“Əl-Ərəbi”) - 1283
9. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275
10. Adel Nefzi (“Afrikain”, Tunis) - 1270

Azərbaycan Premyer Liqasının İFFHS-dəki təmsilçiləri

25. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
57. Xalidu Sissoko (“Bakı”) – 985
60. Xalidu Sissoko (“Bakı”) – 971
64. Camaləddin Əliyev (“Qarabağ”) – 958
68. Pavel Doroşev (“Qəbələ”) – 952
74. Elxan Həsənov (“Neftçi”) – 943
165. Dmitri Kramarenko (“Karvan”) – 798
202. Dmitri Kramarenko (“Neftçi”) – 772
247. Rauf Mehdiyev (“Olimpik”) – 746 (1 pillə geriləyib)
251. Elşən Poladov (“Bakı”) – 744 (1 pillə geriləyib)
256. Nadir Şükürov (“Dinamo”) – 741 (1 pillə geriləyib)
271. Aleksandr Martyoşkin (“Xəzər Lənkəran”) – 735 (1 pillə geriləyib)
308. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720 (1 pillə geriləyib)
361. Camaləddin Əliyev (“Qarabağ”) – 700 (1 pillə geriləyib)
422. Rauf Mehdiyev (“Olimpik”) – 676 (1 pillə geriləyib)

Qeyd edək ki, qapıçılarımızın İFFHS-in siyahısına düşməsində birbaşa apasport.az saytının rolu var. Bu qurumun üzvü olan saytımızın əməkdaşı Vüqar Xeyrullayev bütün qapıçılarımızın da göstəricilərini göndərib.