“Neftçi”nin hücumçusu Hindistana gedir
18.01.2012 - 11:36
“Neftçi”nin hücumçusu Hindistana gedir
Bakının “Neftçi” klubunun futbolçusu Emil Mpenza bir neçə ölkədən təklif alıb. Apasport.az saytının məlumatına görə, transferə çıxarılan, lakin hələ heç bir komandaya keçmədiyindən “ağ-qaralar”ın düşərgəsində olan 34 yaşlı hücumçu bəzi Fransa klublarının da maraq dairəsinə düşüb. Fransalı həmkarlarımızın iddiasına əsasən bu ölkə ilə yanaşı ABŞ və Hindistan klubları da Mpenza ilə maraqlanır.

Qeyd edək ki, son vaxtlar dünya ulduzlarına böyük maarq göstərən Hindistan klubları “Qəbələ”nin sabiq baş məşqçisi Toni Adamsa da elçi düşüb.