“Turan”dan FİFA-ya şikayət olundu
18.01.2012 - 11:52
Tovuzun “Turan” klubunun sabiq futbolçusu Martin Kerçev FİFA-ya müraciət edib. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı legioner dünya futbol qurumuna “Turan”dan şikayət edib. Kerçev son 3,5 ayda maaşının verilməməsindən narazıdır. O, pulunun verilmədiyini görüncə FİFA-dan kömək istəməyi lazım bilib.
Qeyd edək ki, Martin vətənində MOİK, “Slaviya”, “Lokomotiv” (Mezdna), “Lokomotiv” (Plovdiv) klublarında da oynayıb.
Qeyd edək ki, Martin vətənində MOİK, “Slaviya”, “Lokomotiv” (Mezdna), “Lokomotiv” (Plovdiv) klublarında da oynayıb.
0
0