Milli komandamız ilin ilk reytinq cədvəlində irəlilədi
18.01.2012 - 13:21
FİFA 2012-ci ildə milli komandaların ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib. Hesabında 300 xal olan yığmamız 111-ci yerdə qərarlaşıb.
Milli komandamızın DÇ-2014-nün seçmə mərhələsində rəqiblərindən olan Portuqaliya (1100 xal) 7-ci, İsrail yığması (665) 37-ci pillədə qalıb. Rusiya millisi (971) 1 pillə geriləyərək, 13-cü yerə düşüb. Şimali İrlandiya (403) və Lüksemburq yığması (252) hərəyə 1 pillə irəliləyərək, müvafiq olaraq 87-ci və 127-ci yerə yüksəlib. Millimizin bu il oyununu keçirəcəyi Fələstin yığması 4 pillə geriləyib. Fevralın 29-da Dubayda yoldaşlıq görüşündə rəqibimiz 121 xalla 162-ci yerə düşüb.
FİFA-nın reytinq cədvəlində ilk üçlüyü dəyişməz qalıb. İspaniya 1564 xalla 1-ci, Hollandiya 1365 xalla 2-ci, Almaniya 1345 xalla 3-dür. Türkiyə yığması (769) 1 pillə geriləyərək, 29-cu yerə düşüb.
Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 15-də açıqlanacaq.

0
0