Vaqif Cavadov bu gün “Qarabağ”la ilk məşqinə çıxacaq
18.01.2012 - 13:34
Vaqif Cavadov bu gün “Qarabağ”la ilk məşqinə çıxacaq
Vaqif Cavadov 2 illik fasilədən sonra qayıtdığı “Qarabağ”ın hazırlığına qatılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Rusiyanın “Volqa” komandası ilə yollarını ayıran 23 yaşlı hücumçu ağdamlıların təlim-məşq toplanışında olduğu Antalyada düşərgəsinə qoşulub. Vaqif bu gün “Qarabağ”la ilk məşqinə çıxacaq.

Qeyd edək ki, Cavadov 2007-2009-cu illərdə oynadığı “Qarabağ”la 2,5 illik müqavilə imzalayıb.