“Real” bu gün Valdesə qol vura bilməyəcək
18.01.2012 - 14:15
Bu gün İspaniya kubokunun ¼ final mərhələsində keçiriləcək “Real”la oyununda “Barselona” əsas qapıçısı olmadan oynayacaq. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi madridlilərlə ilk oyunda Viktor Valdesə istirahət vermək qərarına gəlib. Bunu komandanın baş məşqçisi Xosep Qvardiola açıqlayıb. O, bildirib ki, bu qarşılaşmada Xose Manuel Pintoya güvənəcək. Bu isə o deməkdir ki, “Real” Valdesə qol vura bilməyəcək.
0
0