“Pexanın “Xəzər Lənkəran” haqda belə deməyi məndə təəccüb doğurur”
18.01.2012 - 14:24
“İvan Pexanın klubumuz haqda söylədiklərinə şərh verə bilmərəm. Bizim keçmiş futbolçumuzla heç bir problemimiz yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Slovakiyalı futbolçu İvan Pexa Belarus mətbuatına müsahibəsində 2009/10 mövsümündə şərəfini qoruduğu cənub təmsilçisini günahlandırıb. Onun sözlərinə görə, “Xəzər Lənkəran”dan kənarlaşdırıldıqdan sonra – 2010-cu ildə Almaniyanın aşağı divizion təmsilçisi “Kikkers Ofenbax”ın düşərgəsində 6 ay yer alsa da, yalnız məşq etməli olub. Bu isə müqavilə ilə bağlı olduğu “Xəzər Lənkəran”ın ona həmin komandada oynamağa icazə verməməyinə görə idi.
Məsələyə Nadirovun münasibətinə öyrəndikdə maraqlı məqam ortaya çıxdı. Belə ki, vitse-prezidentin sözlərinə görə, Pexa ilə indiyə kimi yaxşı münasibətdədirlər: “Onunla bizimlə yollarını ayırandan sonra əlaqəmiz olub. İvan bayramlarda bizi təbrik edir, mesaj yazıb. Elə isə niyə belə desin? Bu üzdən Pexanın “Xəzər Lənkəran” haqda belə fikir bildirməyi məndə təəccüb doğurur. Onun bizimlə müqaviləsi zamanı Almaniya variantının olmağı yadımda deyil”.
Qeyd edək ki, İvan ötən il qayıtdığı Belarus çempionatında BATE-dən sonra hazırda “Neman”da oynayaraq, yaxında klubla müqaviləsini uzadıb.
Mehman SÜLEYMANOV

0
0