Milli komandamız Antalyada 3 oyun keçirəcək
18.01.2012 - 15:07
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası (U-21) Türkiyədəki hazırlıq prosesində 3 yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız yanvarın 23-də Macarıstanın U-21-i, 26-da bu ölkənin “Ferentsvaroş”, 28-də isə Norveçin “Fredrikstad” klubu ilə görüşəcək. Millimiz Antalyada yanvarın 20-dən 29-dək təlim-məşq toplanışı keçəcək.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0