“Neftçi” haqda erməni etirafı
18.01.2012 - 18:00
“Neftçi"nin futbolçuları Rusiyada fərqləndirilib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın 14 yaşlı futbolçulardan ibarət komandasının qalibi olduğu Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Dəri top" turnirində 2 oyunçusu – Əli Şirinovla Rövlan Muradov ən yaxşı seçilib. Final oyununda yeganə qolun müəllifi olan Əli ən yaxşı müdafiəçi, Rövlan isə turnirin ən yaxşı futbolçusu seçilib. Şirinova kuboku olimpiya çempionu olan keçmiş müdafiəçi Viktor Losev təqdim edib. Muradov isə kuboku ötənlərin məşhur hücumçusu Fyodr Çerenkovdan alıb.
Mükafatlandırma mərasimində Rusiya Futbol İttifaqının vitse-prezidenti Nikita Simonyan iştirak edib. Milliyətcə erməni olan şəxs qalibləri, mükafatçıları təbrik edərkən “Neftçi”nin uğura layiq olduğunu etiraf etməyə məcbur olub.
Qeyd edək ki, Araz Qulamovun baş məşqçisi olduğu komanda turnirdə keçirdiyi 5 oyunun hamısına qalib gəlib.

0
0