“Barselona” “Real”a çatdı
19.01.2012 - 11:49
“Barselona” “Real”a çatdı
İspaniya kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Barselona” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Real” üzərində əzmkar səfər qələbəsi (2:1) qazanan kataloniyalılar əzəli rəqibi ilə oyunların ümumi balansında tarazlıq yaradıb.

Belə ki, onlarla müxtəlif turnirdə ümumilikdə 217-cü dəfə görüşən rəqiblərin duelində 86-cı dəfə “Barselona” qalib gəlib. Bununla da Kataloniya təmsilçisi qələbə sayında “Real”a çatıb. Tərəflər arasında baş tutan digər 45 matç isə heç-heçə olub.